Ağ Ev Qəzzalıları Somaliyə köçürməyi planlaşdırır

06.02.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Ağ Ev Qəzzalıları Somaliyə köçürməyi planlaşdırır

ABŞ prezident administrasiyası Qəzza zolağının sakinlərinin Somalinin Puntland və Somaliland ştatlarına və Mərakeşə köçürülməsi imkanlarını nəzərdən keçirir. Bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Mərakeş və Somalinin yarı muxtar bölgələri Amerikanın dəstəyinə ehtiyac duyurlar. Bu səbəbdən onları ABŞ prezidenti Donald Trampın təşəbbüsünü dəstəkləməyə razı salmaq daha asan olacaq.
Bundan əvvəl Tramp Qəzza zolağının evlərini itirmiş sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini bildirib.
Trampın sözlərinə görə, o, artıq İordaniya kralı II Abdullah ilə bu mövzuda danışıb və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də müzakirə etmək niyyətindədir.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью