Ağ Ev rəhbəri Çində Putinə nə deyib? Tramp detalları açıqladı

26.11.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Çində rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar zamanı onu Avropadakı "hərbi təcavüzü" dayandırmağa çağırdığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

Tramp görüş əsnasında Moskva ilə Kiyev arasında yaxın vaxtlarda sülh razılaşmasının əldə olunacağına ümid etdiyini də dilə gətirib: "Çində Putinlə söhbətlərim zamanı Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzün dayandırılmasını istədiyimi bildirdim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək mümkün olacaq və bu, tezliklə baş verəcək".

Sülh sazişinin imzalanmasını tamamilə real perspektiv kimi dəyərləndirən ABŞ lideri qeyd edib: "Bunun tamamilə real imkan olduğuna həqiqətən inanıram. Hər ay minlərlə insan həlak olur, əsl qanlı qırğın yaşanır. Bu razılaşma hamı üçün böyük bir nailiyyət olacaq".

Donald Tramp həmçinin ötən axşam Mar-a-Laqo iqamətgahında NATO-nun Baş katibi Mark Rütte ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüş zamanı alyans rəhbərinə Putinlə keçirdiyi danışıqların təfərrüatları barədə də məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью