Ağ Ev rəhbəri Putinlə görüşü ilə bağlı tarix açıqladı | Icma.az
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir.
Hurriyyet.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.
Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib.
Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.
APA Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu