Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Ağ Evin sözçüsü Kerolayn Levitt belə deyib. Xanım Levitt həmçinin hazırda Amerika lideri Donald Trampın Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşmək planı olmadığını bildirib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, Vaşinqton Rusiyanın təklif olunan nizamlanma planını təsdiqləyəcəyinə ümid edir. Donald Trampın özü isə onun “sülh planı”nın şərtlərinin müzakirəsində “kifayət qədər çeviklik” nümayiş etdirir.
“Rusiya və Ukrayna ilə danışıqlar intensiv şəkildə gedir və davam edəcək. Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq ehtimalına nikbindir. Sənəddə yalnız üzərində işlənilməli olan “bir neçə bənd” qalıb”, - Kerolayn Levitt vurğulayıb.
Bundan əvvəl mənbələrə istinad edən Ukrayna mediasının yazdığına görə, ABŞ-nin “sülh planı”nın yenilənmiş variantında artıq Ukrayna ordusunun sayı ilə bağlı ciddi məhdudiyyət nəzərdə tutulmur. Həmçinin bildirilir ki, layihə Rusiya-Ukrayna münaqişəsi zamanı törədilmiş əməllərə görə amnistiya müddəasını istisna edir. Bu dəyişikliklər Ukrayna tərəfinin son məsləhətləşmələrinin nəticələrinə və təkliflərinə əsaslanır.
Eyni zamanda, amerikalı mənbəyə istinad edən “CBS” telekanalının məlumatına görə, Cenevrədə ukraynalılarla danışıqlarda iştirak edən ABŞ-nin Ordu naziri Deniel Driskoll tezliklə Rusiyaya səfər edə və ya başqa yerdə Moskvanın nümayəndələri ilə görüşə bilər.
Belə təmasların mümkün sülh sazişinin parametrlərinin müzakirəsində növbəti addımlar olacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Ağ Evin mətbuat katibinin sözlərinə görə, Vaşinqton Rusiyanın təklif olunan nizamlanma planını təsdiqləyəcəyinə ümid edir. Donald Trampın özü isə onun “sülh planı”nın şərtlərinin müzakirəsində “kifayət qədər çeviklik” nümayiş etdirir.