Icma.az, GlobalInfo saytına istinadən bildirir. ABŞ Prezidenti Donald Trampın yeni tarifləri rusiyalı investorlara qazanc gətirib.
Globalinfo.az xəbər verir ki, iki gün ərzində birjada likvidlik fondlarından 8,5 milyard rubldan çox vəsait çıxarılıb.
“Aprelin 8-də investorlar birja likvidlik fondlarından 1,89 milyard rubl çıxarıblar.
Aprelin 9-da isə bu rəqəm 6,6 milyard rubla çatıb”, – “RBC Investments” məlumat yayıb.
Sözügedən iqtisadi dəyişikliklərə cavab olaraq, investorlar ənənəvi olaraq təhlükəsiz aktiv hesab edilən qızıl ehtiyatlarını da artırıblar.
İki gün ərzində qiymətli metalların qiymətlərini izləyən fondlara investisiyalar bir milyard rubldan çox olub.
Qeyd edək ki, Trampın 125 faizlik gömrük rüsumu Çinə pis təsir edib.
Əliyar Xəlil Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.