Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar vurulan PUA ilə bağlı insidentə baxmayaraq, hələ də qüvvədədir.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt "Foks Nyus" telekanalına müsahibəsində bildirib.
"Xüsusi nümayəndə Stiv Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırda görüş hələ də planlaşdırıldığı kimi qalır", - Livitt deyib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran xarici işlər naziri Abbas Arakçı fevralın 6-da İstanbulda görüşəcək.