Ağ Ev SpaceX lə 5.9 milyard dollarlıq müqavilə imzalayıb

06.04.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İlon Maskın kosmik şirkəti "SpaceX" ABŞ hökuməti ilə 5.9 milyard dollarlıq müqavilə bağlayıb.

Oxu.Az "NewsX"ə istinadən xəbər verir ki, 2029-cu ilə planlaşdırılan 54 kosmik missiyadan 28-i "SpaceX" tərəfindən həyata keçiriləcək.

ABŞ Kosmik Qüvvələri elan edib ki, şirkət öz raketlərini hərbi peyklərin buraxılması üçün hazır vəziyyətə gətirməyə cavabdeh olacaq. Kosmik Qüvvələr hesab edir ki, belə bir razılaşma milli təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün kosmosa etibarlı çıxış əldə etməyə imkan verəcək.

Qeyd edək ki, "SpaceX" ABŞ-də kosmos uçuşları bazarında liderlik edir. İlon Maskın şirkəti NASA və digər müştərilərin adından müntəzəm uçuşlar həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью