Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar

17.03.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar”.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Sözçü Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunaraq qeyd edib:

“Biz heç vaxt sülh sazişinə indiki qədər yaxın olmamışıq. Bildiyiniz kimi, prezident (ABŞ lideri Donald Tramp) bu məqsədə çatmaqda qərarlıdır”.

Karolin Levitt əlavə edib ki, Ukraynadakı hərbi əməliyyatlar ABŞ-nin əvvəlki administrasiyasına görə başlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью