Ağ Ev təsdiqlədi: HƏMAS la birbaşa danışıqlarımız var

06.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"HƏMAS-la vasitəçisiz, birbaşa danışıqlar aparırıq. Bu danışıqlara rəhbərlik edən xüsusi nümayəndə Stiv Vitkoffun hər kəslə danışmaq səlahiyyəti var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karoline Leavitt mətbuat konfransında deyib.

O, əlavə edib ki, HƏMAS-la birbaşa görüşlərdən İsrail tərəfi məlumatlandırılıb: "Mən hələlik təfərrüata varmayacağam. Əsas məsələ amerikalıların həyatıdır. Biz Amerika xalqı üçün doğru olanı edirik"

Samir Musayev
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью