Ağ Ev “TikTok”un ABŞ da qadağan edilməsini HİYLƏ ADLANDIRDI

18.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Ev “TikTok”un yanvarın 19-da Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını elan etməsini "hiylə" hesab edir.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib.
"Tramp administrasiyası vəzifəyə başlamazdan əvvəl yaxın bir neçə gün ərzində “TikTok” və ya digər şirkətlərin hər hansı tədbir görməsi üçün heç bir səbəb görmürük. Biz mövqeyimizi açıq şəkildə bildirdik: bu qanunun tətbiqi növbəti administrasiyanın məsuliyyəti olacaq.
Odur ki, “TikTok” və digər şirkətlər istənilən sualla bağlı onunla əlaqə saxlamalıdırlar”, – Karine Jean-Pierre bildirib.
Qeyd edək ki, ABŞ Federal Məhkəməsinin "TikTok"a qadağa ilə bağlı qərarı ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью