Ağ ev Tramp Netanyahu görüşünü təsdiqləyib

01.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ evin mətbuat katibi Karolin Levitt deyib.

Bununla da Ağ evin rəsmisi iki lider arasında gözlənilən görüş barədə İsrail tərəfinin məlumatını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl İsrailin “Kan" dövlət televiziyası Netanyahunun fevralın 2-də Vaşinqtona uçacağını, fevralın 4-də isə Trampla görüşəcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью