Ağ Ev: Tramp qəti şəkildə əmindir ki, Ukrayna razılaşması bu həftə əldə olunacaq

23.02.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp əmindir ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşma “bu həftə” əldə oluna bilər.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib. Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir .

“…Prezident çox əmindir ki, biz bu həftə buna nail ola bilərik”, – Levitt bildirib.

Bundan əvvəl Trampın özü Ukraynadakı silahlı münaqişənin həllinə ümid etdiyini bildirmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью