Ağ Ev: Tramp və Netanyahu ABŞ İran nüvə sazişinin perspektivlərini müzakirə ediblər

22.05.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Amerika lideri Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonda ABŞ-İran nüvə sazişi perspektivini müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

Onun sözlərinə görə, Tramp və Netanyahu arasında məhsuldar müzakirə olub.

Onlar çox şey müzakirə etdilər, o cümlədən Vaşinqtonda baş vermiş faciəli atışma… Lakin onlar həmçinin prezidentin düzgün istiqamətdə getdiyinə inandığı İran razılaşmasının potensialından danışdılar

Levittin qeyd etdiyi kimi, nüvə sazişi İran üçün “çox müsbət” başa çata və ya “çox mənfi vəziyyətə” çevrilə bilər.

Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi barədə məlumat alıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью