Ağ Ev Trampı məşhur film qəhrəmanı kimi təsvir etdi

04.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ağ Evin "X"dəki rəsmi hesabı Donald Trampın "Ulduz müharibələri" filmindəki ceday obrazında şəklini yayımlayıb.

Oxu.Az xəbər verir ki, paylaşım "Ulduz müharibələri" günü münasibətilə edilib.

"4 may "Ulduz müharibələri" gününüz mübarək. Təbrik edirəm hamınızı, o cümlədən qalaktikamıza Sith lordlarını, qatilləri, narkobaronları, təhlükəli məhbuslar və MS-13 dəstəsinin üzvlərini qaytarmağa çalışan radikal solçu ağılsızları. Siz üsyançı deyilsiniz. Siz İmperiyasınız", - paylaşımda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью