Ağ Ev Trampın İsrailin potensial Baş naziri ilə görüşünə hazırlaşır

27.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı İsrail mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, Ayzenkot ABŞ Prezidenti Donald Trampla görüşməkdə maraqlıdır. Görüşdə ikitərəfli münasibətləri və İrandan qaynaqlanan təhdidi müzakirə etmək nəzərdə tutulur.

“Yaşar” partiyasının lideri ABŞ və İsrail arasındakı münasibətləri bərpa etmək niyyətindədir. Münasibətlərin yaxşılaşdırılması imkanlarını araşdırmaq üçün İsrailin keçmiş baş naziri Yair Lapidin rəhbərliyi ilə xüsusi komissiya yaradılacaq.

Mənbə bildirib ki, komissiya, xüsusilə, Vaşinqtonu İsrailə hərbi yardımın dayandırılmamasına inandırmağa çalışacaq.

Bundan əlavə, Ayzenkot Livan və Suriya ilə danışıqları davam etdirmək niyyətindədir.(Publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью