Ağ Ev Trampın Rusiyaya zərbələr endirmək çağırışını təkzib edib

15.07.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağ Ev Britaniyanın “Financial Times” qəzetinin dərc etdiyi məlumatın əksinə olaraq ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya qarşı yeni zərbələr endirməyə çağırmadığını bəyan edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Newsweek” jurnalına məsələsin şərh edərkən bildirib.

“Prezident Tramp sadəcə sual verdi, daha çox qan tökülməsini təşviq etmədi. O, qan tökülməsinə və bu müharibəyə son qoymaq üçün yorulmadan çalışır”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью