Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19.11.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı yuxuya getməsi barədə yayılan məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib.

O, “Newsweek” jurnalının Trampın Çin Sədri Si Cinpinin çıxışı zamanı yuxuya getdiyinə dair iddiasını əsassız adlandırıb.

“Bu, yalan məlumatdır. Prezident Tramp çıxış zamanı qarşısındakı sənədləri nəzərdən keçirirdi. Onun gözlərinin hərəkəti aydın görünür. İnsanların mediaya bu qədər etimadsız yanaşmasının səbəbi də budur. Onlar daim yalan danışırlar”, – deyə Çun bildirib.

Qeyd edək ki, “Newsweek” jurnalının paylaşımında Trampın APEC sammitinin plenar iclasında yuxuya getdiyi iddia olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью