Ağ Ev Trampın Zelenski və Putinlə görüşəcəyini açıqlayıb

25.02.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“ABŞ Prezidenti Donald Tramp tezlikə Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə görüşəcək”.

Missiya.Az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat yayıb.

Onun sözlərinə görə, Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini gözləyir.

"Biz bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik, xüsusən də Prezident Zelenski ilə", - deyə siyasətçi vurğulayıb.

Levitt qeyd edib ki, Tramp Kiyev və Vaşinqton arasında nadir torpaq metallarına dair saziş imzalamağa çalışır.

O bildirib ki, əgər amerikalılar olmasaydı, Ukrayna bir dövlət olaraq artıq mövcud olmazdı.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью