525.az saytına istinadən Icma.az xəbər verir.
“ABŞ Ukrayna ilə ikitərəfli danışıqların keçirilməsi üçün görüşün vaxtını və yerini müzakirə edir”.
525.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
“Biz Ukrayna ilə danışıqlar üçün yer və tarix, tərəflərin tərkibi haqqında danışırıq. Sülh danışıqları aparacağımızı söyləmək üçün müsbət addım atıldı”, - deyə Ağ evin nümayəndəsi vurğulayıb.
M.Uolts həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə nadir torpaq metalları sazişinin imzalanması imkanını müzakirə edir və əlaqələrdə qarşılıqlı etimadın artırılmasına çalışır.
İbrahim Cəfərov