Ağ Ev: Ukraynada sülhə gedən yol Hindistandan keçir

28.08.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Ukraynada sülhə gedən yol Yeni Dehlidən keçir”.

Ölkə.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Ticarət və İqtisadiyyat üzrə müşaviri Peter Navarro deyib.

Navarro qeyd edib ki, Ağ Ev “əgər Hindistan Rusiya nefti almağı dayandırarsa, artıq sabahdan etibarən ticarət rüsumlarını yarıya endirməyə hazırdır”.

Hindistan isə bu ittihamları ədalətsiz hesab edir. Navarronun bəyanatlarını şərh edən ölkənin xarici işlər naziri Subramanyam Caişankar bildirib ki, Rusiya neftinin əsas alıcısı Çin, Rusiyadan mayeləşdirilmiş təbii qazın əsas alıcısı isə Avropa İttifaqıdır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью