Ağ Ev Ukraynaya hava hücumundan müdafiə ilə bağlı yeni hərbi yardım paketini açıqlayıb Doğru Xəbərlər

27.12.2024

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, yaxın gələcəkdə ABŞ Ukraynaya yeni hərbi yardım, o cümlədən hava hücumundan müdafiə sistemləri ötürəcək.

“Yaxın bir neçə gün ərzində siz ABŞ-ın daha bir hərbi yardım paketini görəcəksiniz, o cümlədən Ukrayna üçün hava hücumundan müdafiə sistemləri”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Amerikanın seçilmiş lideri Donald Tramp Avropa ölkələrinə ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmini azalda biləcəyini açıq şəkildə bəyan edib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью