Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir

16.07.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ və İran arasında danışıqlar davam edir.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

İran ABŞ-la əlaqələri davam etdirir və razılaşma əldə etmək istəyir.

Livitt bunu İranın "ağır zərbələrə məruz qalması" ilə əlaqələndirib.

Ağ Evin sözçüsü bildirib ki, ABŞ-ın son hərbi əməliyyatları İranın tərəflər arasında imzalanmış Anlaşma Memorandumunu pozmasına cavab olaraq həyata keçirilib.

Livitt iddia edib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücum edib.

O əlavə edib ki, Prezident Donald Tramp diplomatik həll yoluna açıq qalmaqda davam edir. (Apa.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью