Ağ Ev: Vens danışıqlarda irəliləyiş olacağı təqdirdə İslamabada gedəcək

24.04.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İslamabadda keçiriləcək İranla bağlı danışıqlarda iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olarsa, Pakistana səfərə hazır olacaq.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi danışıqlardan müsbət nəticələr gözləyir və vəziyyəti Vaşinqtondan izləyəcək.

Livitt qeyd edib ki, Prezident Donald Tramp, vitse-prezident Vens və dövlət katibi Marko Rubio ABŞ-da qalaraq danışıqların gedişini izləyəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью