Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

19.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton, 19 iyun, AZƏRTAC

ABŞ Vitse-prezidenti Cey. Di. Vens cümə günü başlaması gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib.

"Hazırda Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutmalı idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью