Статья не опубликована
Ağ Ev Vitkoffun Rusiyaya səfərini Ukraynada atəşkəsə doğru addım adlandırır | Icma.az

Ağ Ev Vitkoffun Rusiyaya səfərini Ukraynada atəşkəsə doğru addım adlandırır

11.04.2025

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoffun səfəri Ukraynada atəşkəs üçün daha bir addımdır.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.

“Bu, atəşi dayandırmaq və Rusiya ilə Ukrayna arasında yekun sülh sazişinin bağlanması üçün danışıqlar prosesində daha bir addımdır”, o deyib.

Eyni zamanda, Levitt vurğulayıb ki, ABŞ prezidenti Ukraynada hərbi əməliyyatların dayandırılmasını istəyir və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq əzmindədir.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью