Ağ evdə ABŞ və Kanada liderləri arasında görüş keçirilir

06.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 6 may, AZƏRTAC

Ağ evdə ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında görüş keçirilir.

AZƏRTAC-ın məlumatına görə, görüş ABŞ-ın Kanadaya tətbiq etdiyi rüsumla əlaqədar münasibətlərin gərgin olması fonunda baş tutur. İki ölkənin liderləri ilk dəfədir bir araya gəlirlər.

Xatırladaq ki, görüşdən bir saat əvvəl Tramp sosial mediada Kanadanı tənqid edərək onların heç nəyinə ehtiyaclarının olmadığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью