Ağ Evdə Azərbaycan və ABŞ arasında enerji sahəsində potensial əməkdaşlıq müzakirə edilib

13.12.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları Ağ Evdə müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşdə olub.

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью