Ağ Evdə Baydenlə Trampın görüşü keçiriləcək KONKRET

13.11.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Co Bayden noyabrın 13-də Ağ Evin Oval kabinetində yeni seçilmiş prezident Donald Trampla görüş keçirəcək.

KONKRET.az xəbər verir ki, ABŞ-də bu cür görüşlər  ənənə olsa da, 2020-ci ildə Tramp bu görüşü keçirməkdən imtina etmişdi. Bundan əlavə, o, Baydenin andiçmə mərasiminə də gəlməyib.  Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Ötən həftə Bayden Trampı təbrik edərək  hakimiyyətin ona sülh yolu ilə ötürülməsini təmin edəcəyini açıqlamışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью