Ağ Evdə gərginlik: Tramp sual verən jurnalisti təhqir etdi

04.02.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp ona Cefri Epişteyn istintaqı ilə bağlı sual verən müxbiri tənqid atəşinə tutub. 

Tramp Oval Ofisdə özünün və partiyasının fəaliyyətindən danışdığı tədbirdə çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, mübahisə “CNN” müxbiri Keytlan Kollinsin Epişteyn sənədlərində ortaya çıxan son sənədlərin Epişteynin Trampın iki müttəfiqi – İlon Mask və Ticarət naziri Hovard Lutnik ilə də yaxın münasibətləri olduğunu xatırlatması ilə başlayıb.

Tramp Kollinsin Mask və Lutnik xatırlatmalarına əhəmiyyət verməyib və Epişteynlə aralarındakı səmimi e-poçt yazışmalarını oxumadığını bildirib.

Tramp 17 il ərzində dostluq etdiyi və yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan milyarder Cefri Epişteyn haqqında:

"Məncə, problem yoxdur. Əks halda böyük manşetlər olardı", - deyib.

Kollins "Epişteyn istismarından sağ qurtulan bir çox qadının" Ədliyyə Nazirliyinin sənədlərdə etdiyi senzuradan narahat olduğunu, "bütün şahid ifadələrinin tamamilə qaraldıldığını" söylədikdə, Tramp mübahisəni bitirməyə çalışaraq: 

"Məncə, artıq ölkənin başqa bir şeyə keçmə vaxtı gəldi, nəticədə mənimlə bağlı heç nə çıxmadı", – deyib.

Ardınca Tramp ona qarşı "bir sui-qəsd" olduğunu iddia edib.

"Məncə, artıq vaxtıdır, ölkə başqa bir şeyə yönəlməlidir", - deyərək Tramp mövzunu bağlamağa çalışdıqda Kollins bu sualı ünvanlayıb:

"Bəs ədalətin təmin olunmadığını düşünən insanlara nə deyirsiniz, cənab Prezident?" Tramp "Nə dediniz?" deyərək sərt reaksiya verib.

Kollins sualını təkrarlayıb: "Ədalətin təmin olunmadığını düşünən istismar qurbanlarına nə deyirsiniz?"

Tramp alçaldıcı bir ifadə ilə: "Bilirsiniz, siz ən pis müxbirsiniz. “CNN”-in reytinqləri çox bərbaddır", - deyib.

Masasının ətrafındakı Respublikaçı konqresmenlərə dönərək "Gənc bir qadın" deyib və Kollinsə tərəf baxaraq: 

"Sizi heç gülərkən gördüyümü sanmıram", - deyə əlavə edib.

Tramp sözünə belə davam edib: 

"On ildir sizi tanıyıram. Üzünüzdə bir dəfə belə təbəssüm gördüyümü sanmıram".Kollins müdaxilə edərək: 

"Mən Cefri Epişteynin istismarından sağ qurtulanlarla bağlı sual verirəm, cənab Prezident" deyib.

Tramp cavabı görməzdən gələrək sözlərini davam etdirib:

"Niyə gülümsəmədiyinizi bilirsinizmi? Çünki düzünü demədiyinizi bilirsiniz. Siz çox dürüst olmayan bir qurumsunuz və bundan utanmalısınız".

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью