Ağ Evdə Ronaldunun Donald Trampla görüşünə reaksiya verdilər VİDEO

19.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Evdə “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşə reaksiya veriblər.

İdman.Biz-in məlumatına görə, Ağ Evin rəsmi X səhifəsində “İki dahi. CR7 x 45/47” yazısı yer alıb.

Ronaldu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın səfərini qeyd etmək üçün təşkil edilən qala şam yeməyinin fəxri qonaqlarından biri olub. 40 yaşlı hücumçu 2023-cü ildən “Əl-Nəsr”də oynayır, lakin ən böyük uğuru “Mançester Yunayted” və “Real Madrid”dəki vaxtlarında qazanıb. Ronaldu beşqat “Qızıl Top” mükafatı sahibidir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью