Ağ Evdə Tramp və Zelenski arasında gərginlik

28.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda gərginlik yaşanıb.

Oxu.Az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.

Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb.

Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını" söyləyib.

"Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölür, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz", - ABŞ prezidenti əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью