Ağ evdə Trampla Netanyahu arasında görüş keçirilir

29.09.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti Baş naziri Ağ evin qarşısında salamlayıb. Daha sonra tərəflər arasında görüş başlayıb. Görüşdə Qəzzada müharibənin bitməsi ilə bağlı 21 maddəlik həll planının müzakirəsi gözlənilir. Həmçinin müzakirələrdə Fələstinin müstəqilliyini tanıyan ölkələrinin sayının artması fonunda ABŞ-ın İsrailə dəstəyi barədə danışılacağı nəzərdə tutulub. Sonda tərəflər mətbuat konfransı keçirəcəklər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью