Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında planlaşdırılan görüş Bakı vaxtı ilə 21:15-də başlayacaq.
Bu barədə məlumatı Ağ Ev yayıb. Görüşün gündəliyinə əsasən, ikitərəfli formatda danışıqlar üçün təqribən bir saat vaxt ayrılıb.
Bəs görəsən, bu görüşdən hansı nəticələr gözlənilir? Oxu.Az-ın əməkdaşı ekspertlərin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırda həm hərbi-siyasi müstəvidə, həm də diplomatik masada şərtlər o qədər gərgindir ki, bu görüşdən konkret real nəticə gözləmək olmur: "ABŞ və Rusiya arasında davam edən qarşıdurma, həmçinin Avropa İttifaqı və NATO-nun prosesə cəlb olunması tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirir.
Nə Rusiya ilə Ukrayna arasında, nə də Rusiya ilə Qərb ölkələri arasında kompromis üçün real əsaslar var.
Bu səbəbdən Trampla Zelenskinin görüşünün həlledici nəticə verəcəyi ehtimalı azdır.
Bununla belə, bu cür görüşlərin keçirilməsi gələcək danışıqlar üçün müəyyən zəmin formalaşdıra bilər.