“Ağ Evdəki qalmaqal qlobal böhranın kəskinləşməsidir“ KİV lər | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İkinci dünya savaşından sonra qurulan beynəlxalq nizam çökür..." Dünən Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü bomba kimi partlayıb.
Bəzi şərhçilər Zelenskinin "uyğunsuz davranışına", onun ingilis dilini yetərincə bilməməsinə və tərcüməçidən imtina etməsinə diqqət çəkib.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Lakin əksəriyyət hesab edir ki, ev sahibləri- prezident Tramp və vitse-prezident Vens mafiozlar kimi hərəkət edib.
Hər halda, hamı bu hadisənin misli görünməmiş olduğunu qəbul edib.
ABŞ və Ukrayna prezidentləri arasında Ağ Evdə baş verən misilsiz qarşıdurma ərəb dünyasında da rezonans doğurub.
Səudiyyə Ərəbistanının "Əl-Hədat" kanalına müsahibəsində "Əşarq Əl-Əvsat" qəzetinin Vaşinqton bürosunun rəhbəri Hiba Əl-Qüdsi bu dramatik hadisənin mümkün nəticələrini belə qiymətləndirib: "Bu, həqiqətən də fəlakətli bir görüş olub.
Tam oxu
Xəbəri oxu