Ağ evdən Bakıya mesajlar | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Təhlükəsizlik, enerji və sülh üzərində qurulan yeni geosiyasi dialoq 28 May – Müstəqillik G
Məktubda ifadə olunan məqamlar – xüsusilə, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və regional sülhə dəstək – ABŞ-Azərbaycan münasibətlə
Həmin tezislər Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, eyni zamanda, qlobal miqyasda mühüm tərəfdaş statusunu təsdiqləyir.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı Respublika Günü təbrik məktubunda xüsusi vurğulanan terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında formalaşan rolu və bu missiyaya olan etimadın ifadəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan uzun illərdir ki, Cənubi Qafqazda sabitliyin qorunmasına yönəlik müstəqil və praqmatik xarici siyasət xətti yürüdür və bu siyasətin mühüm istiqamətlərindən biri də beynəlxalq terrorizmə qarşı mübarizədə aktiv iştirakı olmuşdur.
Xüsusilə, Əfqanıstandakı sülhməramlı missiyalarda iştirak, NATO çərçivəsində əməkdaşlıq və regiondaxili təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi Azərbaycanın bu sahədəki beynəlxalq öhdəliklərini uğurla yerinə yetirdiyini göstərir.
Azərbaycanın terrorizmlə mübarizə sahəsində milli qanunvericiliyi beynəlxalq hüquqi standartlara uyğunlaşdırması bu sahədəki əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.
Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların terrorizmlə mübarizəyə dair qəbul etdiyi konvensiyalara qoşulmuş, eyni zamanda, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, radikal dini çağırışların qarşısının alınması kimi sahələrdə hüquqi mexanizmlər tətbiq edir.
Tam oxu
Xəbəri oxu