Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşa və Sudanın arxeoloji ekspedisiyası Sudanın şimalındakı qədim Donqola şəhərində yerləşən orta əsrlərə aid Böyük İsa Kilsəsinin orijinal döşəməsini aşkar edib.
Kulis.az xəbər verir ki, təxminən 47 metr eni və 57 metr uzunluğu olan bu kafedralın hətta Ağ Evdən belə böyük olduğu və orta əsrlər Nubiyasının ən böyük xristian məbədi sayıldığı bildirilir.
İlk dəfə 2021-ci ildə tapılan, lakin böyük hissəsi hələ də torpaq altında qalan tikilidə 11 metr hündürlüyündə divarlara malik pilləkən qazılaraq orijinal döşəmə aşkar edilib.
Ekspedisiyanın rəhbəri Artur Obluski VI əsrdə qurulan Makuriya Krallığının bu baş kilsəsini İstanbuldakı Ayasofiya ilə müqayisə edərək, məkan quruluşu və tikinti texnikası baxımından onun Şimal-Şərqi Afrikada dövrünün memarlıq tendensiyalarını müəyyənləşdirdiyini vurğulayıb.
Kenzaburo Oe, Kurt Vonnequt, Xuan Qabriel Vaskes... - "Xəzər"in oxucularla yeni görüşü "Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı