Ağ Evdən etiraf: irəliləyişə nail olunmayıb

11.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Hazırkı Amerika administrasiyası Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində irəliləyişə nail ola bilməyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Biz sələflərimiz kimi, açıq şəkildə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edə bilmədik. Mən nəyə nail olacağımıza dair nikbin deyiləm, bu, hələ də ciddi narahatlıq doğuran bir sahədir. Yeni administrasiyanın nə edə biləcəyini görəcəyik. Amma düşünürəm ki, müttəfiqlərimizi bu məsələdə Şimali Koreya ilə mübarizə aparmaq üçün daha yaxşı vəziyyətə gətirmişik", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью