Ağ Evdən Maskın vəzifədən gedəcəyi xəbərinə REAKSİYA

03.04.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlon Mask federal hökumətin səmərəliliyinə nəzarət edən departamentin rəhbəri kimi qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirdikdən sonra ABŞ hökuməti üçün fəaliyyətini dayandıracaq.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit bildirib.

Karolin Levit bunu “Politico”nin iddiasını şərh edərkən deyib.

“Politico” yazıb ki, Prezident Trampın yaxın çevrəsində Maskın hazırda sahib olduğu siyasi rol yaxın gələcəkdə azalacaq və o, bizneslə daha çox məşğul olacaq, bununla yanaşı qeyri-rəsmi müşavir statusunu qoruyaraq hakimiyyətə məsləhətlə kömək edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью