Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Ağ Ev Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampdan başqasına verilməsini siyasi qərar adlandırıb”.
Globainfo.az xəbər verir ki, bunu Tramp Administrasiyasının kommunikasiyalar üzrə direktoru Stiven Çanq deyib.
“Nobel Komitəsi sübut etdi ki, o, siyasəti sülhdən üstün tutur. Tramp həyatları xilas etmək, müharibələrə son qoymaq və sülh müqavilələri bağlamaqda davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilib.
Əliyar Xəlil
Globalinfo.az