Ağ Evdən Tehrana açıq təhdid: Bədəli ağır olacaq

09.04.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağ Ev ABŞ-İran arasında nüvə proqramı ilə bağlı danışıqlar prosesinə aydınlıq gətirərək, növbəti dəfə Tehranı açıq şəkildə təhdid edib.

Ölkə.Az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Levitt Tehranla danışıqları şərh edərkən bunları qeyd edib: "Prezident Tramp İrana açıq şəkildə deyib ki, onlar seçim etməlidirlər. Ya danışıqlara gedəcəksiniz, ya da bədəlini ödəyəcəksiniz. Əgər onlar diplomatik yolla məsələnin həllində razılığa gəlməsələr, o zaman bunun ciddi nəticələri olacaq”.

Levitt Tehranla birbaşa danışıqların aprelin 12-də aparılacağını və görüşdən əvvəl bu məsələ ilə bağlı təfərrüatlara varmaq istəmədiyini bildirib.

O, Trampın İrana qarşı bəzi sanksiyalar tətbiq etdiyini, eyni zamanda danışıqlar yolu ilə razılaşmaya yer açdığını və birbaşa danışıqların gedişatına uyğun hərəkət edəcəklərini bildirib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью