Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin maliyyə naziri Skot Bessent çıxış edib.
Onun sözlərinə görə, Tehranın şantajı təhlükəsizlik zəmanəti kimi qələmə verdiyi dövr tamamilə başa çatıb:
“İndi biz endşpilə (oyunun son və həlledici mərhələsi, şahmat termini - red.) daxil oluruq. Sübhdən iqtisadi “D Günü” - düşmənə qarşı indiyədək həyata keçirilmiş tarixdəki ən böyük maliyyə hücumu başlayır”.
O qeyd edib ki, ABŞ Tehranı bütün gəlir mənbələrindən və resurslarından məhrum etmək niyyətindədir.
“Məqsədimiz Tehran tam təcrid olunana qədər tiran rejimi qidalandıran hər bir iqtisadi arteriyanı kəsməkdir”, - nazir vurğulayıb.
Mürtəza