Ağ Evdən Tramp Putin görüşü barədə rəsmi AÇIQLAMA

07.08.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan görüş təşkilati çətinliklər və ilkin razılaşdırmaların aparılması zərurəti səbəbindən gələn həftə baş tutmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Xatırladaq ki, bundan öncə “The New York Times” Trampın Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirmək niyyətində olduğunu yazmışdı.

Putin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffa Trampla görüşmək istədiyini bildirib. Təklif Vaşinqtona çatdırıldıqdan sonra Tramp sammitə hazır olduğunu ifadə edib.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью