Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj Bütün planları iflasa uğrayacaq

05.11.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını həyata keçirməsinə mane olmaq cəhdləri uğursuzluqla nəticələnəcək.

“Ağ Ev”in saytında dərc olunan bəyanatda deyilir: “Radikal solçular, saxta xəbərlər yayan media və peşəkar təşviş yaradanlar prezident Trampın siyasi nekroloqunu yazdılar. Onlar yanıldılar. Yenə yanılacaqlar”.

Qeyd olunur ki, Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində demokratlar hazırkı prezidentin gördüyü bütün işləri geri çevirməyə çalışacaqlar, lakin buna nail ola bilməyəcəklər.

Administrasiya əlavə edib ki, demokratların Trampa qarşı növbəti impiçment cəhdləri də uğursuz olacaq.

“Onu impiçmentə cəlb etmək, planlarını dayandırmaq və ya administrasiyasının nailiyyətlərini heçə endirmək cəhdləri radikal solçuların əvvəlki cəhdləri ilə eyni aqibətlə üzləşəcək – uğursuzluqla nəticələnəcək. Prezident Tramp mübarizəni heç vaxt dayandırmayacaq”, – deyə Ağ Evin bəyanatında bildirilib.

AzPost.az

Post navigation

Previous: 5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью