GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ukrayna münaqişəsində vasitəçilik funksiyasından imtina edərsə, Vaşinqtondan Kiyevə silah tədarükü 6 ay ərzində dayandırılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Ukrayna bu qərardan sonra hava hücumundan müdafiə sistemləri və ballistik raketlərə çıxışı olmayanda əlverişsiz vəziyyətdə qalacaq.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Kiyev və Moskva ilə davam edən danışıqlarda uğurlu nəticə əldə edilməyəcəyi təqdirdə prosesdən geri çəkiləcəcəyinə dair məlumatlar yayılıb.
Ayşən Mustafa
Globalinfo.az