Ağ Evin Aparat rəhbərində xərçəng aşkarlandı

17.03.2026

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həkimlər Ağ Evin Aparat rəhbəri Syuzi Uaylsda süd vəzi xərçəngi aşkar ediblər.

Oxu.Az bildirir ki, bu barədə Prezident Donald Tramp "Truth Social" platformasında yazıb.

Tramp vurğulayıb ki, S.Uaylz diaqnoza baxmayaraq, işini davam etdirəcək.

Onun sözlərinə görə, S.Uaylzın fantastik tibbi komandası var və sağlamlıq proqnozu əladır. Tramp həmçinin onun işinə olan sadiqliyini qeyd edib.

Qeyd edək ki, 68 yaşlı S.Uaylz Ağ Evin Aparat rəhbəri postunu tutan ilk qadındır, - bu, Vaşinqtonda ən nüfuzlu vəzifələrindən biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью