“Ağ Evin kadrlar üzrə direktoru SSRİ də anadan olub” KİV | Icma.az
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin kadrlar üzrə direktoru, 38 yaşlı Sergio Qor Özbəkistanda, Sovet İttifaqında anadan olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə OCCRP məlumat yayıb. Qor mənşəyini açıqlamayıb.
“Washington Post” qəzetinin məmur haqqında məqaləsində onun Maltadan olan mühacir olduğu qeyd edilib.
Donald Tramp administrasiyasının rəsmisinin Malta mənşəli olması “New York Post” tabloidinin iyun nəşrində də qeyd edilib.
Məmurun özü də qəzetə doğulduğu ölkəni açıqlamaqdan imtina edərək, bunun Rusiya olmadığını bildirib.
Qorun tanışları “The Dispatch”ə onun SSRİ əsilli olduğunu bildiriblər. Ancaq bunun başqa heç bir sübutu yoxdur.
Nəşr müəyyən edib ki, Ağ Evin kadrlar üzrə direktoru Sergio Qorohovski adı ilə 30 noyabr 1986-cı ildə Daşkənddə anadan olub.
Tam oxu
Xəbəri oxu