Ağ evin Maduronu devirmək planının təfərrüatı üzə çıxıb

25.11.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


ABŞ administrasiyası Venesuela prezidentini hərbi gücə əl atmadan istefaya məcbur edəcəkmiş.
Reyting.az
xəbər verir ki, bu barədə CNN-ə adının çəkilməsini istəməyən ABŞ rəsmisi danışıb.
Telekanalın verdiyi məlumata görə, Tramp ümid edir ki, siyasi və iqtisadi təzyiqlər Venesuela lideri Nikolas Maduronu vəzifəsindən uzaqlaşdırmaq üçün kifayət edəcək.
Telekanalın məlumatına görə, Maduro və ətrafı artıq müxtəlif kanallar vasitəsilə Ağ evlə əlaqə yaradıb. Hazırda iki ölkə arasında gələcək münasibətlərin mümkün formatı ilə bağlı ilkin müzakirələr aparılır.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью