Ağ Evin mətbuat katibi: Tehranın seçimi var: ya razılaşma əldə etmək, ya da yüksək əvəz ödəmək

09.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Prezident Tramp İrana qarşı sərt sanksiyalar tətbiq edib və bildirib ki, Tehranın seçimi var: ya razılaşma əldə etmək, ya da yüksək əvəz ödəmək!".

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

Onun sözlərinə görə, İran diplomatiya yolunu seçməsə, bunun nəticələri ağır olacaq.

"İranla birbaşa danışıqlar gələn şənbə günü baş tutacaq. Biz gələn şənbə günü İranla aparacağımız danışıqların nəticələri barədə əvvəlcədən fikir ifadə edə bilmərik", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью