Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də avtomobil Ağ Evdə Məxfi Xidmətin (USSS) qapısına çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Həmin şəxs həbs edilib, nəqliyyat vasitəsi isə 17-ci və E küçələrinin kəsişməsində saat 22:37-də baş verən hadisədən sonra yoxlanılıb və təhlükəsiz hesab edilib", - deyə hadisə barədə Məxfi Xidmət şərh verib.
Qeyd olunub ki, sürücünün şəxsiyyəti, eləcə də motivi haqqında hələlik heç nə məlum deyil.