Ağ Evin sabiq sözçüsü siyasi şərhçiliyə başlayır

06.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levitt "Fox News" kanalının efir şərhçisi olacaq.

"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, o, ailəsinə daha çox vaxt ayırmaq məqsədilə əvvəlki vəzifəsindən ayrılıb.

Noyabrın 1-dən etibarən isə Levitt yeni vəzifəsinin icrasına başlayacaq. O, telekanalın müxtəlif platformalarında siyasi təhlil və şərhlər təqdim edəcək. pizza hut

Əslən Nyu-Hempşir ştatının Atkinson şəhərindən olan Levitt əri və 2 azyaşlı övladı ilə birlikdə yenidən həmin ştata köçüb. Keçmiş Ağ Ev sözçüsü əvvəllər ailəsi ilə birlikdə Vaşinqtondakı Hərbi-Dəniz Rəsədxanasının (vitse-prezidentin rəsmi iqamətgahı) ərazisində yaşayırdı.

Donald Tramp avqustun 12-də Kerolayn Levittin Ağ Evi tərk etdiyini elan etmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью